Yeni növ koronavirusa qarşı peyvənd olunmayan Küveyt sakinləri bundan sonra ölkəni tərk edə bilməyəcəklər.
SİA-nın məlumatına görə, əmirlik hökumətinin müvafiq fərmanı bu gün qüvvəyə mindi.
Küveyt xəbər agentliklərinin verdiyi məlumata əsasən, xaricilər və əmirlik vətəndaşları ölkədən çıxmaq üçün qeydiyyatdan keçmiş dörd vaksindan biri ilə peyvənd olunmalıdır - Pfizer, AstraZeneca, Moderna yaxud Johnson & Johnson.
18 yaşınadək sakinlər, hamilə qadınlar, xarici diplomatik nümayəndəliklərin üzvləri, habelə sağlamlıq səbəbi ilə peyvənd oluna bilməyən şəxslər qadağadan azad olunur.
Ölkəni tərk etmək üçün onlardan Səhiyyə Nazirliyinin yerli qurumlarından müvafiq təsdiqedici sənəd almaq tələb olunur.




USD
EUR
GBP
RUB