Avstriya xarici işlər naziri Aleksandr Şallenberq, Avropa Birliyinin Rusiya ilə bir dialoq istədiyini, ancaq Moskvanın hazırda buna maraq göstərmədiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, nazir, indi Rusiya ilə AB arasındakı münasibətlər, "gərgindir və ağırlaşır", deyib.
"AB dialoq istəyir, dialoq kanalları istəyir", deyib Şallenberq. Bir jurnalistin Moskvanın bununla maraqlanıb-maraqlanmadığı barədə sualına nazir, "İndi yox", deyə cavab verib.
Eyni zamanda, Avstriya Xarici İşlər Nazirliyinin başçısı Moskva və Brüsselin “əməkdaşlıq etmək istədikləri və çalışmalı olduqları” bir sıra sahələri qeyd edib.
"Ümid edirəm ki, tezliklə dəyişəcək", deyə nazir vurğulayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB