NATO üzvü PUA-lar alır

Polşa Müdafiə naziri Marius Blaszak, Türkiyədən pilotsuz uçuş aparatları alacaqlarını açıqlayıb. Beləliklə, SİHA-nın NATO üzvü bir ölkəyə satılması ilk dəfə baş tutacaq. SİA-nın verdiyi məlumata görə, Türkiyənin pilotsuz uçuş aparatlarına maraq gündən-günə artır. 4 donanma və 24 Bayraktar TB2 S / İHA Türkiyədən NATO üzvü olan Polşaya satılacaq.

Polşa Müdafiə Nazirliyinin sosial media hesabında açıqlama verilib. Nazir Blaszak, Türkiyə ilə alqı-satqı detallarını paylaşıb. 24 Bayraktar TB2 S / PUA-nın tədarükü 2022-ci ildə həyata keçiriləcəkdir. SİHA'lar tank əleyhinə (ROKETSAN / MAM-L) döyüş sursatı ilə alınacaq.

Müqavilənin Polşa Prezidenti Andjey Dudanın çərşənbə axşamı Türkiyəyə səfəri zamanı imzalanması gözlənilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə