Ömürlük “gəlir yeri”ni tıxayanlar...
Erməni rəsmiləri “təvazökarlıqdan uzaq” olsa da, artıq ölkə iqtisadiyyatındakı “tərəqqi” barədə xalqı məlumatlandırmağa başlayıblar. Belə ki, onların son açıqlamalarına görə, erməni iqtisadiyyatının ənənəvi xilaskarları olan əmək miqrantlarının dünyanın müxtəlif bölgələrindəki soraqları ilə yanaşı, qazandıqları pullar da Ermənistana varid olmaqdadır. Necə deyərlər, gəlhagəldir.
Təbii ki, bu şad xəbər xalqdan gizlədilməməlidir. Belə xəbəri xalqa çatdırmaq da elə-belə adama yox, onları inandıra biləcək bir şəxsə, məsələn, Ermənistan Banklar Birliyinin icraçı direktoru Seyran Sarkisyan kimi birsinə həvalə edilməlidir. Belə görünür ki, o da işinin öhtəsindən layiqincə gəlməyi bacarıb.
Beləliklə, icraçı direktorun dediyinə görə, bu ilin birinci rübündə fiziki şəxslərin transfertlərinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 42 milyon dollar və ya 47,7 faiz artıb.
Hələ bu harasıdır, bütün bu yüksək daxilolma göstəriciləri ilə yanaşı, bu ilin birinci rübündə kredit qoyuluşları 64 milyard dram və ya 1,5 faiz da azalıb. Əslində, bu azalma bəzi bağışlanma və kreditlərin silinməsi hesabına olsa da, amma hər halda “ölkədəki iqtisadi inkişafın” adına yazılmalıdır.
Sarkisyana görə, burada azalmış istehlak kreditlərini bir-bir sadalamağa elə də bir lüzum yoxdur, çünki bu təkcə bizdə deyil ki, hazırda bütün dünya iqtisadiyyatı koronovirusa görə, əziyyət çəkir.
Maraqlıdır ki, bu gün Ermənistanda yaşanan belə bir tərəqqiyə “qulp” qoyub, onu gözdən salmağı özləinə rəva bilən “bir qrup” ermənilərdən də xali deyil.
Məsələn, onlar heç bir mənası olmayan və təsirsiz layihələrə, mümkün olduğu qədər borc alıb sonra onları boş yerə dağıdan Paşinyan hökumətini heç bir maliyyə qaynağına sahib olmamaqda ittiham edirlər. Sual olunur, heç yeridir? Odey, Avrasiya İqtisadi Komissiyasının keçmiş kollegiya sədri, Nikolun “sadiq dostu” Tiqran Sarkisyan Ermənistanı inteqrasiya maliyyə mərkəzinə çevirmək üçün nələr etmədi? Amma, alındıra bilmədi. Niyə? Çünki ermənilərdən ona dəstək verən olmadı. Tiqran, təkcə
Avrasiya Zərgərlik Bürosunun baş ofisini İrəvana yerləşdirə bilsəydi, bu ermənilər üçün ömürlük “gəlir yeriydı”..
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB