İki sərnişin təyyarəsi az qala toqquşacaqmış KONQO SƏMASINDA

TAP və Efiopiya Hava Yollarına məxsus iki sərnişin təyyarəsi, Konqo Demokratik Respublikasının cənubundakı Lubumbaşi şəhəri üzərindəki səmada toqquşmadan çətinliklə xilas olub.

SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” ölkənin nəqliyyat rəhbərinin məktubuna istinadən məlumat yayıb.

"Hava limanında ölkəmizin hava məkanında böyük bir fəlakət təhlükəsi olduğuna görə çox narahat edici bir məlumatım var", deyə nəqliyyat naziri Çerubin Okende Senqa öz məktubunda yazıb.

Nazir, Lissabon-Maputo marşrutu ilə Əddis Əbəbədən Vindhuka uçan bir “Ethiopian” Hava Yolları təyyarəsi və Portuqaliyanın “TAP” daşıyıcısının bir təyyarəsi, "hava yollarının kəsişməsində az qala toqquşacaqdı", deyib.

Məktubda bildirilir ki, hadisə "heyət üzvləri ilə Lubumbaşi hava limanı arasında əlaqənin olmaması səbəbindən" baş verib. Nazir Kamina və Kalemie şəhərlərindəki təkrarlayıcı antenaların işləmədiyini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə