Estoniya prezidenti Kersti Kalyulayd 17 may - 5 iyun tarixləri arasında Baltik Respublikasında baş tutan “Bahar Fırtınası” beynəlxalq təliminə qatılıb.
SİA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələri Qərargahının mətbuat xidməti məlumat yayıb.
Müdafiə Qüvvələri Komandirinin müavini və təlimin rəhbəri general-mayor İndrek Sirel, Tapa hərbi şəhərciyində təlimin məqsədini, ssenarisini və gedişatını prezidentə təqdim edib.
"Bundan sonra Kersti Kalyulayd zirehli bir avtomobilə minərək silahlı qüvvələrin mərkəzi poliqonuna gedib və orada Müdafiə Qüvvələrinin 2-ci piyada briqadasının hərbçiləri, NATO beynəlxalq taborunun İngilis və Fransız döyüşçüləri ilə görüşüb, Estoniya ordusunun yeni tank əleyhinə kompleksinin imkanları ilə tanış olub”- deyə, məlumatda qeyd olunur.
Xatırladaq ki, Estoniya, ABŞ, Böyük Britaniya, Latviya, Polşa, İtaliya, Fransa və Danimarkadan təxminən 7000 hərbi personalın qatıldığı illik "Bahar fırtınası" beynəlxalq manevri 17 may - 5 iyun tarixləri arasında Estoniyada keçirilir. Təlimlərin əsas fəaliyyətləri Müdafiə Qüvvələrinin Mərkəzi Zolağına yönəldiləcək.
Bahar Fırtınası, Müdafiə Qüvvələrinin illik ən böyük təlimidir və məqsəd Estoniya ordusunun müxtəlif hissələrinin döyüş hazırlığı və NATO müttəfiqlərinin hərbi heyəti ilə qarşılıqlı əlaqəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB