Məhbusu belə öldürdülər FOTO

Məhbusu belə öldürdülər FOTO

ABŞ-ın Tennessi əyalətindəki həbsxanada başqa bir George Floyd hadisəsinin olduğu ortaya çıxdı. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçən il tutularkən polis məmurları tərəfindən boynu əzilən George Floyd-un qətlinin ardından polisin boynuna etdiyi təzyiq dünya səviyyəsində əks-səda doğurdu. Kadrlarda həbsxana polisinin eyni metodu istifadə edərək məhbusu öldürdüyü təsbit edilib.

ABŞ polisi tərəfindən nisbətsiz güc tətbiqi, keçən il Corc Floydun öldürülməsindən sonra dünyanın gündəmində olub. 25 May 2020-ci il tarixində Minneapolisdə tutularkən polisin boynuna basdırması səbəb olan qaradərili George Floyd-un ölümü ABŞ polis qüvvələrinin metodlarını bir daha müzakirəyə açdı. Tez-tez həyata keçirdiyi qeyri-mütənasib şiddətlə gündəmə gələn ABŞ polis təşkilatının yeni bir skandalı ABŞ mediasında hadisəyə səbəb oldu. Onu "nəfəs almamalısan" deyərək öldürdülər. Yeni görüntülərdə Tennessi əyalətindəki həbsxanada oxşar bir üsulla məhbusun öldürüldüyü anlaşıldı. Keçən il baş verdiyi bildirilən hadisədə, 48 yaşlı William Jennette'nin polislər tərəfindən zərərsizləşdirilməsi istənildi.

Əmrlərə tabe olmadığı səbəbi ilə birdən çox polis müdaxilə edən Jennette, bu məqsədlə yerə qoyuldu. George Floyd qətlində olduğu kimi, Jennette də "Nəfəs ala bilmirəm" deyərək kömək istədi. Polis məmurları nəfəsi kəsilən məhkumu lağa qoyaraq “Nəfəs ala bilməməlisən” ifadələrini işlədiblər. Boğulduqdan bir müddət sonra dünyasını dəyişən məhbusun bu anlarının görüntüləri polis məmurlarına qarşı açılan iddia ilə yenidən gündəmə gəldi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə