Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 620 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 620 mindən çox artıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 620 434 nəfər yeni koronavirusa yoluxub, 12 786 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 165 158 285, ölənlərin isə 3 425 017 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB