Türkiyədə cinayətkar dəstələrin həbsi

Türkiyədə cinayətkar dəstələrin həbsi

Təhlükəsizlik qurumlarının koordinasiyası ilə 8 vilayətdə cinayət təşkilatlarına qarşı "Sahil Rüzgarı" əməliyyatı təşkil edilib. Eyni vaxtda həyata keçirilən əməliyyatda 139 şübhəli nəzarət altına alınıb. SİA-nın verdiyi məlumata görə, İstanbul, Adana, İzmir, Antalya, Balıkesir, Aydın, Muğla və Mersində eyni vaxtda əməliyyat başlayıb.

Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qarşıdan gələn turizm mövsümünün əvvəlində işə başladı. İstanbulla birlikdə Egey və Aralıq dənizi şəhərlərində fəaliyyət göstərən cinayət təşkilatlarını izləyib. İzləmə nəticəsində təhdid, sələmçilik və yaralanma kimi cinayətlərdə iştirak edən şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib. 8 vilayətdə, eyni vaxtda olan əməliyyatlar çərçivəsində, barələrində həbs qərarı çıxarılan 171 şübhəlidən 139-u tutuldu. Ünvanlarda edilən axtarışlarda 70 tapança, 20 tüfəng və narkotik ələ keçirildi.

İstanbulda isə qaçaq şübhəlilərin tutulması üçün səylər davam edir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə