Rusiya lideri Vladimir Putin ilə Tesla və SpaceX-in rəhbəri İlon Mask arasında ünsiyyət üçün xüsusi bir hazırlıq olmayıb. SİA xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov sözləyib.
Rusiya prezidentinin mətbuat katibi, zaman keçdikcə hələ də ünsiyyət quracaqlarına ümid etdiyini deyib.
Qeyd edək ki, Mask, cümə günü video keçid vasitəsi ilə "Yeni Bilik" Rusiya marafonunda iştirak edib.
"Hələ yox, ümid edirik ki, nə vaxtsa Mask və Putin danışacaqlar. Zamanla, yəqin ki, bu olacaq", deyə Peskov, Putinin Mask ilə əlaqə qurub-qurmayacağına dair bir suala cavab olaraq jurnalistlərə bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB