ABŞ və Cənubi Koreya prezidentləri bir araya gələcək - GÖZLƏNTİLƏR

ABŞ və Cənubi Koreya prezidentləri bir araya gələcək - GÖZLƏNTİLƏR

ABŞ və Cənubi Koreya prezidentləri Co Bayden və Mun Çje-İn iqtisadi əməkdaşlıq, Çin ilə münasibətlər və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələlərini müzakirə etmək üçün cümə günü Vaşinqtonda görüşəcəklər. SİA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki deyib.

Qeyd olunur ki, bu, Baydenin 20 yanvarda vəzifəsinin icrasına başladığı gündən bəri xarici bir dövlətin başçısı ilə ikinci şəxsi görüşü olacaq. Mun Çje-İn üçün də öz növbəsində ABŞ-a bu səfər son bir neçə ildə ilk xarici səfər sayılır. Bildirilir ki, cümə günü Ağ Evdəki danışıqlardan sonra iki liderin iştirakı ilə ortaq mətbuat konfransı keçiriləcək.

Qarşıdakı danışıqların gündəmindəki digər mövzular arasında Çin, iqlim dəyişikliyi, iqtisadi bərpa və koronavirusla birgə mübarizənin də yer aldığı diqqətə çatdırılır. Bildirilir ki, bundan əlavə, texnoloji əməkdaşlığın gücləndirilməsinə dair bir dialoq çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında danışıqlar aparılacaqdır. Eyni zamanda, əvvəllər Vaşinqtonda da xəbər verildiyi kimi, Cənubi Koreyanın iş adamları ABŞ-ın yüksək texnoloji sənayelərinə investisiyalarla bağlı "çox əhəmiyyətli öhdəliklər" götürəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə