Nigeriyanın şimalında aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin Kaduna şəhəri yaxınlığında "Dornye 228" markalı yüngül mühərrikli sərnişin təyyarəsi yerə çırpılıb. Təlim uçuşu zamanı baş vermiş qəza nəticəsində təyyarənin pilotu və onun köməkçisi ölüb. Tropik kənd təsərrüfatı Beynəlxalq İnstitutuna məxsus təyyarədə qəza zamanı sərnişinlərin olmadığı qeyd edilir. Hadisə yerində müvafiq işlər görülür. Qəzanın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB