ABŞ-ın keçmiş prezidenti Barak Obama "Ceyms Cordan ilə gecə şousu" verilişinin efirində, Pentaqonun gizli arxivlərində prinsipi açıqlanmayan uçan boşqabların fotolarını saxladığını söyləyib. Obamanın dediyinə görə, 2008-ci ildə prezident olduqda, ABŞ-da yad gəmilər və yerdən kənar sivilizasiyaların varlığına dair sübutlar olan gizli laboratoriyaların olub-olmadığını öyrənməyə çalışıb. "Onlar (administrasiya heyəti) kiçik bir araşdırma apardılar və mənfi cavab verdilər"- Obama bildirib. Eyni zamanda, keçmiş prezident mənşəyi müəyyən olunmayan uçan cisimlərin videoçəkilişi və müşahidəsi olduğunu qeyd etdi. "Onların necə hərəkət etdiklərini, traektoriyalarını izah edə bilmərik"- Obama deyib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB