Yunanıstan avroməkanı tərk edir

Yunanıstan avroməkanı tərk edir

Yunanıstanın avroməkanı tərk edəcəyi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Yunanıstandan olan avrokomissar Mariya Damanki bəyan edib. Onun sözlərinə görə, artıq Yunanıstanın avrodan imtinası prosesinin ssenarisi "masa üzərindədir".

"Ölkəmiz dilemma qarşısındadır: ya kreditorlarla sərt iqtisadiyyat proqramına dair razılığa gəlməli, ya da avrodan imtina etməliyik", - deyə Damanki bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə