Rusiya "Twitter"i qadağan edib

Rusiya “Twitter”in ölkədə qadağan olunmayacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Təşkilatı “Twitter” sosial media tətbiqinin sürətinin yavaşladılması qərarının qismən ləğv edildiyini və tətbiqin qadağan olunmayacağını açıqlayıb. “Twitter”in tələb olunan qadağan olunmuş məzmunun 91%-ni sildiyi ifadə edilib.

Qeyd edək ki, açıqlamada, "YouTube" və "Facebook"da qadağan olunmuş məzmunun aşkarlandığı və sözü gedən məzmunun silinməməsi halında hər iki saytın sürətinin azaldıldığı qeyd edilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə