Bir neçə gün bundan əvvəl erməni parlamentinin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında çıxış edən Ermənistan Mərkəzi Bankının sədri Martin Qalastyan ölkə iqtisadiyyatının proqnozlaşdırıldığından da “sürətli bərpa” olunduğunu bildirib. Beləliklə, erməni bankirin dediyinə görə, hazırkı makroiqtisadi inkişaf həm iqtisadi aktivlik, həm də daxili tələb baxımından müsbət tendensiya göstərir. SİA-nın verdiyi məlumata görə, Qalastyan Ermənistanın sənaye və xidmət sahəsində müsbət irəliləyişlər baş verdiyini, xaricdən köçürmələr hesabına olsa da, iqtisadiyyatda müsbət irəliləyişlərin qeydə alındığını bildirib.
Təbii ki, bankirin dedikləri ermənilər tərəfindən təqdir edilməlidir. Amma, nədənsə, yenə də, həmişə olduğu kimi, bu dəfə də bəzi erməni iqtisadçılar buna inanmaq istəmirlər.
Belə ki, onlar seçki kampaniyası dövründə hökumətin ölkə iqtisadiyyatının daha tutqun mənzərəsinə müsbət toxunuşlar göstərməyə çalışmasının elə də təəccüblü olmadığını idda edirlər. Məsələn, onlar praktik olaraq yeganə müsbət parametr kimi daxili tələbin artım tempini önə cəkirlər ki, bunun da cüzi artımını xarici transferlər sayəsində əldə edildiyini bildirirlər.
Bəli, müharibə və pandemiyanın erməni iqtisadiyyattından yan keçmədiyi başadüşüləndir. Amma ölməkdə olan bir iqtisadiyyatın qurtuluşunu xaricdən gələn xüsusi pul köçürmələri ilə təmin edib ayağa qaldırmaq çox gülünc görünür.
Maraqlıdır ki, yenə də bəzi erməni iqtisadçılar dinc dayanmayıb, sual edirlər: xaricdən Ermənistandakı qohumlarına göndərilən pulla yerli ermənilər mal alıb, xidmətlərdən istifadə edirlərsə, məgər bununla Ermənistanın iqtisadiyyatı bərpa olunurmu?
Erməni iqtisadçılar bu sixemi əsəs gətirərək erməni rəhbərliyinə başqa bir sual ünvanlayır. Soruşurlar ki, məgər bununla ölkəni çuğlamış böhrandan çıxarmaq olarmı? Onlar hakimiyyətin bu yanlış və qüsurlu sxeminin yaxın gələcəkdə açıq şəkildə dağılacağını da istisna etmirlər.
Yəni, ölkə rəhbərliyinin erməni iqtisadiyyatının “böyümə”si ilə bağlı yalanları da müvəqqəti xarakter daşıyır. Çünki, məlumdur ki, ermənilərin əsas əməkçi miqrantları daha çox Rusiyaya üz tuturlar.
Qeyd edək ki, bir müddət bundan əvvəl, bəzi məhdudiyyətlər olsa da, xeyli erməni imkan tapıb Rusiyanın ayrı-ayrı bölgələrinə qaça biliblər. Amma etiraf edilir ki, onların əksəriyyəti qanundan kənar miqrantlardardır. Bu arada Rusiyanın qanunsuz miqrant problemi ilə bağlı çox ciddi məşğul olmağa qərar verdiyini nəzərə alsaq, təbii ki, erməni “itisadiyyatının” çöküşü başadüşülən olacaq.
Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy MDB ölkələri nümayəndələrinə müraciət ünvanlayıb. Qorovoy öz müraciətində qanunsuz olaraq Rusiya ərazisinə daxil olan bütün miqrantların bu il iyunun 15-dək ölkədən çıxarılacağını bildirib.
Məsələ bundadır ki, yaxın günlərdən başlayaraq, qanunsuz erməni miqrantlarının Rusiyadan qovulmağa başlayacağı ehtimalı da böyükdür.
Bu gün, Rusiyada qanunsuz yaşayan ermənilərin qeyri-dəqiq sayının 60 mindən çox olduğunu nəzərə alsaq, təbii ki, bu Ermənistanın, onun “iqtisadiyyatı”nın hansı fəlakətlə üzləşəcəyini təsəvvür etmək olar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB