Alman qadın kapitan mühakimə edilməyəcək

Alman qadın kapitan mühakimə edilməyəcək

İtaliya məhkəməsi, dəniz donanmasının maneəsinə baxmayaraq 2019-cu ilin iyun ayında Afrika immiqrantlarını limana gətirən xüsusi xilasetmə gəmisinin Alman kapitanının mühakimə olunmayacağına qərar verib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Siciliyanın Agrigento şəhərindəki məhkəmə, əvvəlcə qanuna əməl etmədiyi səbəbi ilə İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulan, lakin daha sonra sərbəst buraxılan 33 yaşlı qadın kapitanın mühakimə olunmasına ehtiyac görməyib.

Prokurorluq da "iki həftədən çox dənizin ortasında qalmış insanların həyatını xilas etmək" adı ilə qanunu pozan qadın kapitanın mühakimə olunmasını tələb etməmişdi.

Dünya ictimai rəyində geniş əks-səda doğuran qadın kapitan qarşısını almağa çalışan sahil mühafizə gəmisinə çırpılmasına baxmayaraq 41 afrikalı mühaciri Lampedusa adasının limanına gətirməyi bacarmışdı.

Dünyanın dörd bir yanından QHT-lər qadın kapitanın afrikalı miqrantları Almaniyanın "Sea-Watch" xeyriyyəçilik qayığından xilas etmək səylərinə böyük dəstək verdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə