Qvatemala həbsxanasında qiyam baş verib, 6 nəfər qətlə yetirilib

Qvatemala həbsxanasında qiyam baş verib, 6 nəfər qətlə yetirilib

Qvatemalanın Kantel bələdiyyəsində yerləşən həbsxanada qiyam baş verib.

SİA xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə idarəsinin “Twitter” səhifəsində bildirilib.

İlkin məlumatlara görə, qiyam zamanı 6 nəfər ölüb.

“Prensa Libre” qəzetinin yazdığına görə, həbsxanada qiyam cinayətkar qruplar arasında baş verən qarşıdurmadan sonra baş verib.

Qeyd edilib ki, 900 məhbus üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində 2252 nəfər saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə