Polislər aksiya keçirdi - ARA QIZIŞDI

Polislər aksiya keçirdi - ARA QIZIŞDI

Fransanın paytaxtı Parisdə minlərlə polis parlament binası qarşısında hökumətin yürütdüyü siyasətə etiraz etmək üçün nümayiş keçirib. SİA xəbər verir ki, etiraz aksiyasına təxminən 35 min polis qatılıb. Aksiya zamanı daxili işlər naziri Gerald Darmanin və ədliyyə naziri Eric Dupond Moretti etirazçılar tərəfindən hədəf alınıb. Etirazların digər bir səbəbi isə polislərin vəzifələrini rahat şəkildə icra edə bilmədiklərindən, hökumətin təhlükəsizlik qüvvələrini lazımi səviyyədə qorumaması idi.

Aksiyada səsləndirilən fikirlərdə əks olunurdu ki, polisə fiziki hücumlar edənlər sərbəst buraxılmasın və polisi öldürənlər ən az 30 il həbs cəzasına məhkum edilsin.

Qeyd edək ki, son bir ayda bir polis məmurunun ölümü və polis bölməsində bir qadın polis məmurunun bıçaqlanmasından sonra polislərin narazılıqları daha da artıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə