Fələstin-İsrail münaqişəsinin həlli üçün üçmərhələli plan HEİKO MAASIN TƏKLİFİ

Fələstin-İsrail münaqişəsinin həlli üçün üçmərhələli plan HEİKO MAASIN TƏKLİFİ

Almaniya xarici işlər naziri Heiko Maas Fələstin-İsrail münaqişəsinin həlli üçün üçmərhələli plan təklif edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Maas bu planı Bundestaqda çıxış edərkən bəyan edib.

Nazir hər iki tərəfdən də çox sayda insanın öldüyünü xatırladıb və bunun "nə qədər tez olsa, bir o qədər yaxşı" başa çatması lazım olduğunu bəyan edib.

"Bu baxımdan bir neçə gün əvvəl üç mərhələli bir plan təklif etdik. Birincisi, HƏMAS-ın terrorçu raket hücumlarına dərhal son verilməsini nəzərdə tutur. İkincisi, dərhal atəşkəs razılaşmasıdır. Üçüncüsü, çoxdan gözlənilən və bu qarşıdurmanın mürəkkəb səbəblərinin müzakirəsinə doğru addımlardır", deyə RİA Novosti, Maasın sözlərindən sitat gətirir.

Qeyd olunur ki, o, bu yolda israillilərlə fələstinlilər arasında birbaşa danışıqlardan qaçmaq mümkün olmayacağına inanır.

Xatırladaq ki, İsrail ilə Qəzza zolağı arasındakı qarşıdurma 10 may tarixində kəskinləşib. O vaxtdan bəri, İsrail ordusunun verdiyi məlumata görə, Qəzza zolağından 3000-dən çox raket atılıb. Buna cavab olaraq Həmas hədəflərinə yüzlərlə zərbə endirilib. Atışma nəticəsində ondan çox İsrail vətəndaşı öldürülüb və 50-dən çoxu ağır yaralanıb. Fələstində 200-dən çox ölüm hadisəsinin olduğu bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə