Narışkinin Rusiyaya qarşı ittihamları

Çexiya, Rusiyaya qarşı gülünc və acınacaqlı ittihamlar baxımından hamını üstələyib, amma bu, Çexiya hökumətinin yüksək vəzifəli məmurlarına qarşı oldu və siyasi birliklərinin reytinqləri kəskin şəkildə düşdü. SİA xəbə verir ki, bu sözləri Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin deyib.
Onun sözlərinə görə, Qərbdə Rusiyaya qarşı "absurd, bəzən hətta rəzil" ittihamlar səsləndirilir.

"Çexiya, yeddi il əvvəl silah-sursat anbarlarında baş vermiş partlayışlarda Rusiyanın iştirakı ilə bağlı bu qəribə hekayə ilə çıxış edərək bu ittihamlarda, bu uydurmalarda onsuz da hamını üstələyib", deyə Narışkin BBC-yə müsahibəsində bildirib.

Rusiya xarici kəşfiyyat xidmətinin direktoru əlavə edib ki, Çex hökumətində kifayət qədər yüksək vəzifə tutan məmurlar bu barədə müxtəlif mətbuat konfranslarında o qədər inandırıcı və ziddiyyətli danışdılar ki, bu da onlara mənfi təsir edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə