Jirinovski: "Almaniya dövlət olaraq məhv olmalı idi" - ŞOK

Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Almaniyanın bir dövlət olaraq məhv edilməsi barədə fikirlər səsləndirib. SİA-nın "Komsomolskaya Pravda" radiosuna istinadən verdiyi xəbərə görə, V.Jirinovski bunun səbəblərini də açıqlayıb.

LDP sədri bildirib ki, Almaniya dövlət olaraq məhv olmalı idi: "Almanlar olmamalıdılar. Onlar Birinci Dünya Müharibəsini başlatdılar və milyonlarla insanın məhvinə səbəb oldular. İkinci Dünya Müharibəsində isə dünyanı xilas etdiyimiz üçün bizi hər addımda alçaldırlar".

O, Oktyabr inqilabı baş verməsəydi, rus hərbçilərinin 1917-ci ilin noyabrından sonra Almaniyada olacağını da dilə gətirib.

Jirinovski əgər SSRİ dağılmasaydı Rusiyaya nə olacağını da izah edib: "Bu halda ölkə respublikaları itirməyəcək və dünyada ən güclü olacaqdı. Rusiya qaz və neft bazarında da inhisarçı olacaqdı, çünki Azərbaycan, Türkmənistan, Özbəkistan və Qazaxıstanın bütün resursları bir əldə cəmləşəcəkdi".

Bütün xəbərlər Facebook səhifəmizdə