NATO-dan Ukrayna və Gürcüstana DƏSTƏK

NATO Baş katibinin müavini Geoana, Rusiya təzyiqləri davam edəcəyi müddətdə Gürcüstan və Ukraynaya dəstək verməyə davam edəcəklərini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi görə, bu barədə NATO baş katibinin müavini Mircea Geoana NATO iclasında danışıb: "Bizim mövqeyimiz aydındır, Krımın ilhaqını heç vaxt tanımayacağıq, Ukraynadakı və Gürcüstandakı ortaqlarımıza Rusiyanın sıx təzyiqlərinə tab gətirmələri üçün dəstək verməyə davam edəcəyik".

Mircea Geoana bildirib ki, Rusiya həm Ukrayna torpaqlarında, həm də sərhəddə güclü hərbi varlığını davam etdirir: "Müstəqil bir ölkəyə qarşı güc tətbiq edilməsini qəbul etmirik. Rusiyanın sıx təzyiqlərinə tab gətirmələri üçün Ukrayna və Gürcüstana dəstək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə