Kolumbiyada nümayişçilərlə polis arasında toqquşma baş verib

Kolumbiyada nümayişçilərlə polis arasında toqquşma baş verib.

SİA yerli “La FM” radiosuna istinadən xəbər verir ki, Yumbo bələdiyyəsində baş verən nümayiş zamanı etirazçılar bir neçə polis postuna hücum ediblər.

Hüquq-mühafizə orqanları ilə toqquşmalar nəticəsində 2 nəfər ölüb, 6-sı polis əməkdaşı olmaqla, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 1000-dən çox insanın xəsarət aldığı, 42 nəfərin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə