Bolqarlar bununla ruslardan acıq çıxırlar?

Bolqarlar bununla ruslardan acıq çıxırlar?

Vaxtilə Moskva ilə birgə Varşava müqaviləsində təmsil olunan Avropa ölkələri ilə Rusiya arasında yaşanan son münaqişələrdə qarşılıqlı narazılıqlar özünü müxtəlif şəkildə göstərməkdədir. Məsələn, Sofiya ilə Moskva arasındakı son ixtilafdan sonra bolqarlar bu ölkəni faşizmdən azad edən Sovet əsgərlərinə ucaldılmış abidəni şəhərin mərkəzindən muzeyə köçürmək təşəbbüsündə bulunublar. Qeyd edək ki, buna bolqarlar arasında müqavimət göstərənlər də az deyil.

Yəni, doğrudanmı, vaxtilə canlarını bolqarların azdlığı uğrunda fəda edənlər bu gün müasir şəhər mühitində yerə və dəstəyə layiq deyillər? Bildirək ki, bu gün Sofiyada abidənin sökülməsini müdafiə edən təşəbbüs qrupu yaradılsa da, əks mövqedə dayananlar da yox deyil. Belə ki, bu gün Bolqarıstanda elə də az tanınmayan tarixçi və jurnalist Qoran Blaqoev abidənin sökülməsində israrlıdır.

Məsələn, Blaqoevə görə, ölkəsində fəaliyyətdə olan siyasi partiyalar hələ 30 il əvvəl öz mövqelərini ortaya qoyaraq, abidələr məsələsini həll etməli idilər.

Xatırladaq ki, hələ 1993-cü ilin aprelində Sofiya Bələdiyyə Məclisi ruslara ucaldılmış abidənin sökülməsi barədə qərar vermişdi. Lakin həmin ərəfədə Bolqarıstanın Baş naziri vəzifəsini tutan Lyuben Berov söküntünün qarşısını aldı.

Yeri gəlmişkən, bu gün Bolqarıstanda fəaliyyət göstərən “Vətən Birliyi” Koalisiyasının sədri Simeon Simeonov isə abidəni sökməyə ehtiyac olmadığını bildirir. Koalisiya sədrinin fikrincə, son illərdə yeni bir şey olmadığı üçün bu mövzuya yenidən qayıtmağın mümkün ola biləcəyi də istisna olunmur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə