“Ermənistanın Sünik bölgəsində, Azərbaycanla sərhəddə yaranmış mövcud vəziyyətin həlli üçün yalnız diplomatik və siyasi addımlar tələb olunur. Bu problemin hərbi yolla həllindən hər vəhclə qaçmalıyıq”.
Qeyd edək ki, bu fikirləri İrəvandakı Analitik Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qrigoryan erməni saytlarına verdiyi açıqlamada bildirib.
Qrigoryanın fikrincə, KTMT-də təmsil olunan ölkələrinin əksəriyyətinin Ermənistanın maraqlarına “önəm verməmələrinə” baxmayaraq, İrəvanın bu təşkilata müraciət etməsi düzgün addım kimi qiymətləndirilməlidir.
Erməni politoloqun qənaətinə görə, şəxsən onun bu təşkilata elə də bir inamı yoxdur: “Biz bunun bir daha şahidi olduq, KTMT Ermənistanın təhlükəsizliyini nəinki təmin etmədi, hətta bunu etmək niyyətindən uzaq olduğunu da büruzə verdi”.
Yeri gəlmişkən, Sünik bölgəsindəki vəziyyətlə bağlı Rusiya prezidentinin göstərdiyi “xidmətə” münasibət bildirən erməni politoloq “...bu baxımdan İrəvanın Rusiya ilə təhlükəsizliyin təmin olunacağına, ümid bağlamaq olar”-deyə bildirir.
Qrigoryanın təxminlərinə görə, bu gün Kreml İrəvana qarşı münasibətdə özünü olduqca mürəkkəb bir şəkildə aparsa da, amma buna baxmayaraq, Belarusiya, Qazaxıstan və Orta Asiyadan olan digər KTMT ölkələrindən fərqli olaraq, yenə də Ermənistanın maraqları ilə üst-üstə düşən təhlükəsizlik maraqlarına malikdir.
Bu gün Ermənistana dost olan, İrəvana siyasi və digər yardımlar göstərməyə hazır olan ölkənin Fransa olduğunu gizlətməyən erməni politoloq Parisin ermənilərə nümayiş etdirdiyi qayğıya şübhə etmədiyini bildirir. Fransanın BMT Təhlükəsizlik Şurasına daimi üzv olduğunu deyən Qrigoryan Parisin bu və ya digər şəkildə ermənilərə dəstək olmağın yollarını tapacağını da bildirir: “Bu gün Rusiya Təhlükəsizlik Şurasının iclası Ermənistanın gündəmində keçirilməsinə veto qoysa belə, erməni hökumətinin atdığı addımların ardıcıllığı tamamilə düzgün addımdır. Əslində bu, KTMT-yə, Rusiyaya və hətta ATƏT ölkələrinə bir müraciətdir. Düşünürəm ki, yaxın gələcəkdə problem həll olmasa, bu halda İrəvan BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB