İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Sənxast rayonunda baş verən zəlzələ nəticəsində 14 nəfər yaralanıb.
SİA xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, ötən gecə yerli vaxtla 03:34 radələrində baş verən 5,5 maqnitudalı zəlzələ vilayətin 35 şəhər və kəndində müəyyən dağıntılara səbəb olub. Vilayətin Şurək kəndində 35 mənzil yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, zəlzələdən zərərçəkən şəhər və kəndlərdə əhaliyə ərzaq və digər yardımlar olunub.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB