Meksikada avtobus aşması nəticəsində 6 sərnişin ölüb, 18 nəfər yaralanıb
Meksikanın Puebla ştatında ağır avtobus qəzası baş verib.
SİA “dw.com” saytına istinadən xəbər verir ki, sərxoş sərnişinin sürücüyə hücum etməsi səbəbindən idarəetmədən çıxan avtobus aşıb.
Hadisə nəticəsində 6 sərnişin ölüb, 18 nəfər yaralanıb.
Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Sərxoş sərnişin hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB