ABŞ-ın Ayova ştatının Sibli şəhəri yaxınlığında yanacaq materialları daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.
SİA-nın xarici KİV-lə istinadən verdiyi məlumata görə, qəzadan sonra yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası, habelə təhlükəli kimyəvi maddələrlə işləyən mütəxəssislər gəlib. 8 km radiusda evakuasiya elan edilib.
Mümkün yaralılarla bağlı məlumat hələ verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB