Kanadada atışma: bir ölü, dörd yaralı

Kanadada atışma: bir ölü, dörd yaralı

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

SİA yerli “CBC” telekanalına istinadən xəbər verir ki, insident şəhərin qərb hissəində baş verib.

Naməlum kişi avtomobildən düşərək digər avtomobildə olan insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Atəş zamanı güllələrdən biri yaxınlıqdakı evlərdən birinə dəyib, lakin xəsarət alan olmayıb.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə