Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden cümə günü İsrail və Fələstin liderləri ilə telefon əlaqəsi yaradıb. SİA-nın verdiyi xəbərə görə, Bayden İsrail Baş naziri Netanyahuya "terror qruplarına qarşı özlərini müdafiə etmək hüququnu dəstəklədiyini" söyləyib. Fələstin Prezidenti Abbasa isə "HƏMAS raketlərinin sona çatmasının lazım olduğunu" vurğulayıb. Ağ Evdən edilən yazılı açıqlamada hər iki liderlə görüşlər haqqında məlumat paylaşılıb.
Fələstin prezidenti ilə ilk dəfə danışan Co Bayden "Fələstin xalqının layiq olduğu etibarlılıq, təhlükəsizlik, azadlıq və iqtisadi fürsət" üçün çalışmağa davam edəcəyini söyləyib. Açıqlamada Bayden hər iki dövlətə münaqişənin həll tərəfdarı olduğunu vurğulayıb.
Bayden Qəzza və Qərbi Şeriyaya humanitar yardımları davam etdirəcəklərini də açıqlayıb.
Qeyd edək ki, münaqişələrdə İsraili dəstəklədiyini dəfələrlə dilə gətirən Bayden Netanyahu ilə görüşündə dəstəyini bir daha təkrarlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB