Bu il turizmin vəziyyəti necə olacaq? ARAŞDIRMA

Covid-19 virusunun yayılması şübhəsiz ki, turizmin birbaşa və böyük dərəcədə təsir etdiyi ilk sektorlardan biridir. Eyni zamanda turizmlə əlaqəli alt sektorlar da, səyahət məhdudiyyətlərinin olmasına görə xeyli miqdarda zərər ediblər. Yenidən turizim mövsümünun gəlməsi ilə bu il keçən ilki zərərləri bərpa etmək və sektorda canlanma yaratmaq istəyirlər. Bu sahədə 1 trilyon dollarlıq qlobal zərər baş verib. Bir ildən çoxdur pandemiya tədbirləri və səyahət məhdudiyyətləri, İkinci Dünya müharibəsindən sonra turizmin ən pis mənzərəsi yarandı və ölkələrin turizm sahəsinin zəifləməsi ilə nəticələndi. Dünya Səyahət və Turizm Şurası Covid-19 səbəbiylə dünya miqyasında turizm sənayesinin itkisinin 1 trilyon dolları keçə biləcəyini təxmin edir. Araşdırmasına görə, 2020-ci ildə turizmdəki böyük enişin 2024-cü ilə qədər özünə gələ bilməyəcəyi təxmin edilir.

Dünya Turizm Təşkilatı, 25 Mart 2020-ci il tarixli proqnozunda bu təsirin 290-440 milyon turistik səyahətə mənfi təsir göstərəcəyini, turizm gəlirlərindən 300-450 milyard dollar və turizm ixracat gəlirlərindən 1,5 trilyon dollar zərər görəcəyini bildirdi. Ümumiyyətlə, Pandemiya dünya ölkələrində turist sayısının azalmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən edilən açıqlamada, beynəlxalq səyahətlərdə bir "peyvənd pasportu tələbi" tətbiq edilməsinin tövsiyə edilmədiyi ifadə edildi. Bu pasportun vacib olmaması isə bu sahənin dircəlməsinə az da olsa kömək edəcək.

Dünya Turizm Təşkilatı, bütün ölkələrin hökumətlərinə Covid-19 pandemiyası dövründə və sonra atılan addımlar üçün vizaların ləğv edilməsini, səyahət vergilərindən imtina edilməsini və təşviq edilməsini təklif edib. Bundan əlavə, Covid-19 pandemiyası nəzarət altına alınmağa başladığı üçün insanların səyahətlərini ləğv etməməsinə və ya təxirə salmamasına imkan yaratmasını dövlət qurumlarına bildirib. Yaz mövsümünə keçid zamanı pandemiyanın daha da genişlənməməsi üçün əksər ölkələr beynəlxalq səyahətə qoyulan məhdudiyyətləri davam etdirir. Covid19 pandemiyasına görə dünyanın ən yüksək turizm gəlirlərinə sahib olan Bahamalar, Yamayka, Makao, Gürcüstan, Virgin Adaları, İslandiya, Malta, Maldivlər və Kamboca kimi ölkələrin gəlirləri xeyli azalıb.

Yaz mövsümündə normallaşma müddətinə keçidi gözləyən otellər artıq turistləri qəbul etməyə başlayıb. Ümumiyyətlə, turizm müəssisələrinin bütün gigiyena və sosial məsafə qaydalarına riayət etmək məcburiyyəti turistlərə inamı artırır. Ancaq bunun tələbə təsirinin məhdud olacağını düşünürük. Turizmin əsasən səfərbər ediləcəyi yerlər daha çox daxili turizmdir.

Restoranların və otellərdə doluluq dərəcələrinin aşağı olması və tələbin məhdud olması səbəbindən otaq qiymətlərində azalma gözləyirik. Bu dövrə qədər obyektlər yüksək bir borc səviyyəsində olduğu üçün təzyiq altındadır.

Beynəlxalq ekspekt Asif İbrahimovun sözlərinə görə, pandemiyadan sonra dünyadakı xidmət sahələrinə ynaşma dəyişib. Dünyadakı iş mühiti pandemiyadan əvvəlki dövr kimi olmayacaq. Turizim sahəsində isə yeniliklər yaranmağa başlayıb. Artıq hər hansı sərgilərin gəzintisi belə onlayn olmağa başlayıb. Azərbaycanda da bu yanaşmalar tətbiq edilməlidir. Bundan başqa turizm obyektlərində beynəlxalq standartlar mövcuddur. Pandemiya dövründə təhlükəsiz iş mühiti standartı var. Bu standart ötən il Beynəlxalq Standartlaşma Təkilatı tərəfindən dərc olunub. Bu qaydaları və standartları tətbiq etməklə sərhədlərin açılmasında heç bir maneə yoxdur. Bu işlərin görülməsi ilə turizm obyektlərinin açılmasında heç bir problem olmayacaq. Turizim sahəsində olan qadağalar götürülərsə gələn il aprel-may aylarından tez dünya əvvəlki vəziyyətinə qayıtmayacaq. Dünya iqtisadiyyatı bu mövzuda artıq tənəzzüldədir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə