Rusiyada yoluxma sayı 4 940 245 nəfərə çatıb

Rusiyada son sutkada daha 8 554 nəfər COVID-19-a yoluxub. Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 940 245 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 391 nəfər artaraq 115 871-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 4 556 073 nəfər sağalıb.

Rusiya virusun ən çox yayıldığı dövlətlər sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra 6-cı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə