Covid-19 laboratoriyadan yayılıb?

Alimlər Covid-19 virusunun laboratoriyadan sızma ehtimalının yenidən araşdırılmasının vacibliyi barədə xəbərdarlıq ediblər. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, elm adamları virusun laborotoriyadan yayılmasına inandıqlarını bildiriblər.

Kambridge Universitetinin mikrobiologiya üzrə professoru Ravindra Gupta, Fred Hutchinson Xərçəng Tədqiqat Mərkəzinin virusların inkişafı üzrə mütəxəssisi Jesse Bloom və Stanford Universitetinin mikrobioloqu, professor David Relman da daxil olmaqla 18 elm adamı əksi isbat olunana qədər Covid-19 virusunun laborotoriyadan çıxdığı tezisini təsdiqləyiblər.

Alimlərin ortaq müəllifliyi ilə və “The Journal Science” jurnalında dərc olunan açıq məktubda bildirilir: “Epidemiyanın haradan gəldiyini müəyyənləşdirmək üçün daha çox araşdırmaya ehtiyac var. Laboratoriyadan təsadüfən baş vermə və heyvanlardan yayılma nəzəriyyəsi kimi seçimlər hələ də qüvvədə qalır. ÜST-nin hesabat layihəsində Covid-19-un mənbəyinin heyvanlar olduğu iddia edilib”.

Açıq məktubda eyni zamanda alimlər qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssisləri virusun haradan yayıldığına dair apardıqları araşdırmaların laboratoriyadan təsadüfən gəlməsi ehtimalına dair "balanslı bir araşdırma" aparmamasından şikayətləniblər.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən Vuhan şəhərində Çinli alimlərlə dörd həftə davam edən bir araşdırmadan sonra yayılan hesabatda epidemiyanın laboratoriyadan gəlmə ehtimalının "çox zəif" olduğu bildirilib və virusun yarasalardan yoluxma ehtimalını çox olduğunu vurğulayıblar. İnsanlara başqa bir heyvan tərəfindən yayıldığını bildiriblər. Çindən dünyaya yayıldığı aşkarlanan Covid-19 bu günə qədər 3,34 milyon insanın ölümünə səbəb oldu.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə