Təcavüzkar kilsəyə hücum edib MƏSİHİN HEYKƏLİNİ YERƏ YIXIB

Nyu-Yorkun Brooklyn şəhərində bir nəfər Katolik kilsəsinə hücum edib. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, hadisə mayın 13-də axşam baş verib. Vandal Məsihin çarmıxa çəkilmiş heykəlini yerə yıxıb və kahinin evinin yaxınlığında asılmış ABŞ bayrağını yandırıb. Keşiş David Cassato ertəsi gün səhər baş verənləri müşahidə edib və nəticələrini qeydə alıb.

"Bu, həqiqətən bir nifrətə layiq hərəkəti idi və bu kilsədə yaşadığım iyirmi il ərzində bu gün ən kədərli gündür", deyə keşiş bildirib.

Xatırladaq ki, bir qədər əvvəl də Nyu-Yorkdakı bir fastfud restoranında baş verən atışma barədə də məlumat yayılmışdı. Görünür, Amerikada, xüsusən Nyu-York ətrafında belə hadisələr mütəmadi olaraq cəyan edir. Hazırda bu faktla bağlı da araşdırma aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...