Dünyada son sutka ərzində 677 min nəfərdən çox şəxs koronavirusa yoluxub

Dünyada son sutka ərzində 677 387 nəfər koronavirusa yoluxub, 12 936 nəfər ölüb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 161 513 458 yoluxma hadisəsi, 3 352 109 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (345 180) payına düşür.
Digər yerləri isə Şimali və Cənubi Amerika (203 174) ilə Avropa (81 624) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə