HƏMAS İsrailin Təl-Əviv şəhərinin atəşə tutulmasını dayandırıb - 2 saatlıq

Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı yerli vaxtla saat 22:00-dan saat 00:00-dək İsrailin Təl-Əviv şəhərinin atəşə tutulmasını dayandırdığını elan edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin "Donia Al-Watan" radiostansiyası xəbər yayıb.

Məlumata əsasən, müvafiq əmri "İzzəddin Əl-Qəssam Briqadaları" Baş qərargah rəisi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə