Rusiya dost olmayan ölkələr siyahısına əlavələr edib

Rusiya hökuməti ABŞ və Çex Respublikasını "dost olmayan" ölkələr siyahısına daxil edilməsinə qərar verib. SİA xəbər verir ki, Rusiyanın Nazirlər Kabinetinin saytında "dost olmayan" ölkələrin siyahısı və bu ölkələrə qarşı görülən tədbirlər dərc edilib.

Siyahıya Amerika Birləşmiş Ştatları və Çexiya anti-Rusiya fəaliyyətində iştirak edən ölkələr kimi daxil edilib. Buna görə, Çexiyanın 19 diplomatı Rusiyada "persona-non grata" elan edilib. ABŞ-ın da diplomatik korpusunda önəmli şəxslərin fəaliyyətinə xitam verilib.

Qeyd edək ki, Vladimir Putin 23 aprel tarixində “dost olmayan” ölkələr barədə fərman imzalayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə