Mardinin Mazıdağı mahalında, qurumaq üzrə olan gölməçədə, bəzi ölən balıqların tutulması üçün iş başladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən mahalın Kocakənt bölgəsindəki gölməçədə çox sayda balığın tələf olduğu görüləndən sonra Böyükşəhər Bələdiyyəsi, Mazıdağı Bələdiyyəsi və Nusaybin Region Müdirliyinə bağlı Şöbə Müdirliyinin qrupları işə başlayıb. Gölməçənin qurumasından qaynaqlandığı təyin olunan balıq ölümlərinin qarşısını almaq üçün buraya Böyükşəhər Bələdiyyəsinə bağlı yanğınsöndürmə maşınları ilə su verilib.

Qeyd edək ki, Şöbə Müdirliyi qrupları, torlarla tutduqları canlı balıqları balıq daşıma tanklarına köçürülərək, Balıq Derik Dumluca Barajına buraxılacaq.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə