Amerika Birləşmiş Ştatları Yəməndə ixtişaşların davam etməsi ilə əlaqədar oradakı səfirliyinin texniki personalın və diplomatların ailələrini geri qaytarır. SİA-nın xəbərinə görə, bu barədə məlumat ABŞ Dövlət Departamentinin bəyanatında yer alıb. Dövlət Departamenti ABŞ vətəndaşlarına Yəmənə səfərləri təxirə salmağı və oranı tərk etməyi tövsiyə edib: "Qırmızı dəniz, Ədən körfəzi və Hind okeanında piratçılıq regionda gəmiçilik üçün təhlükə doğurur. Terror təşkilatları, xüsusən də Ərəbistan yarımadasındakı Əl Qaidə qruplaşması Yəməndə fəaliyyətini davam etdirir".
Qeyd edək ki, Yəmənin paytaxtı Sənada və digər iri şəhərlərdə kütləvi qarışıqlıqlar, prezident Əli Abdulla Salehin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB