Dünyada son sutka ərzində 717,5 min nəfər koronavirusa yoluxub

Dünyada son sutka ərzində 717,5 min nəfər koronavirusa yoluxub

Dünyada son sutka ərzində 717 513 nəfər koronavirusa yoluxub, 13 043 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 160 813 869 yoluxma hadisəsi, 3 339 002 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (363 731) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (194 490) ilə Avropa (98 170) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə