Gürcüstanda cəmi 13,5 min nəfər peyvəndin ikinci dozasını qəbul edib

Gürcüstanda əhalinin koronavirusa qarşı peyvəndlənməsi prosesində ləngimə hiss edilir. Bu günədək cəmi 13 min 507 nəfər peyvəndin ikinci dozasını qəbul edib.
SİA xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, insanların koronavirusa qarşı peyvənd olunması üçün xüsusi “booking.moh.gov.ge” portalı yaradılıb. Peyvənd olunmaq istəyənlər bu portladan qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Gürcüstanda peyvəndləmə martın 15-də başlayıb. Bu günədək 81 min 76 nəfər vaksin olunub. Onların da yalnız 13 min 507-si vaksinin ikinci dozasını qəbul edib.
Hökumət vaksinin hər iki dozasını qəbul edən insanlar üçün xüsusi güzəştlər hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə