Ukraynada 111 əcnəbi kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib
Ukraynada 111 əcnəbi kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib.
SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində məlumat verib.
Prezidentin sözlərinə görə, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 14-də keçirilən iclasında qəbul edilib. Bundan başqa qanuni oğru adlandırılan 557 şəxsə qarşı eyni sanksiyalar tətbiq edilib. Sanksiyaya düşənlərin aktivləri dondurulacaq, vətəndaşlıq ala bilməyəcək, ölkədən çıxarılacaq, Ukraynaya girişinə qadağa qoyulacaq.
Zelenskinin sözlərinə görə, bu insanların bəziləri hazırda Ukrayna xaricindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB