İngiltərədə şok hadisə

İngiltərədə, Hindistanda ilk dəfə ortaya çıxan iki dəfə mutasiyaya uğramış Covid-19 (Hind variantı) növünün sayı günü-gündən artmağa başlayıb. İngiltərə Xalq Sağlamlığı Agentliyinin yayımladığı məlumatlara görə, mayın 12-də 1313-ə çatıb və 4 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingilis hökumətinin "narahatlıq növü" olaraq təyin etdiyi hindistan variantı virus daha çox London və Bolton şəhərlərində görülüb.

Bolton Şəhər Şurasının sədri David Greenhalgh etdiyi açıqlamada, Hindistan variantının daha çox şəhərdə covid-19 peyvəndi olmayanlarda və 20-30 yaşlarında gənclərdə görüldüyünü söyləyib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə