Ermənistan və Rusiya müdafiə nazirləri arasında gərgin telefon söhbəti

Ermənistan və Rusiya müdafiə nazirləri arasında gərgin  telefon söhbəti

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında Zəngəzur (Syunik) bölgəsindəki vəziyyəti müzakirə ediB. SİA Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, söhbət cümə günü baş tutub.

Arutyunyan rusiyalı nazirə mövcud vəziyyətdə erməni tərəfinin mövqeyini təqdim edib: "Suveren ərazilərimizi qorumağa hazır olmalıyıq. Qara göl (Sevliç) ərazisi də daxil olmaqla, Azərbaycan hərbçilərinin mövcud olduğu bütün ərazilər,Azərbaycan hərbçilərinin təchizat yolları Ermənistan hərbçilərinin tam nəzarətindədir. Vəziyyətin sülh yolu ilə həllinə önəm veririk, eyni zamanda, Ermənistanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir təcavüzün yolverilməz olduğunu da bəyan edirik.

Söhbət əsnasında nazirlər Ermənistan-Rusiya hərbi əməkdaşlığı, Rusiyanın Qarabağdakı sülhməramlı missiyası və bir sıra digər əsas mövzular barədə də müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə