ABŞ-ın Kanzas şəhərində üç cinayətə görə saxta bir hökmlə 43 il həbsdə yatan Kevin Strickland azadlığa buraxılıb. SİA xəbər verir ki, 1978-ci ilin aprelində baş verən qətl hadisəsində şübhəli bilinən Kevin Strickland 1979-cu ildəki ilk məhkəməsində bəraət alıb.
Lakin məhkəmə Stricklandı 2 aydan sonra ikinci dəfə qətldə günahlandırılaraq həbs edilib.
Yerli qəzetlərdən biri 1978-ci ilin aprelində baş vermiş qətl hadisəsinə görə iki nəfər ittihamı qəbul etdiyi barədə yazıb. Həmin şəxslər hadisə baş verərkən Stricklandın yanlarında olmadığını bildiriblər.
Xəbərdən sonra “County” Prokurorluğu keçən noyabr ayında işə yenidən baxıb. Prokurorun apardığı araşdırma nəticəsində Stricklandın həbsdə günahı olmadan yatdığı məlum olub və sərbəst buraxılmasına qərar verilib. 43 il həbsdə olan 61 yaşlı Kevin Strickland tibbi müayinədən sonra sərbəst buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB