Koronavirusdan ölənlərin sayı 4 300-ü ötüb ERMƏNİSTANDA

Ermənistanda son sutkada koronavirusa 230 yoluxma qeydə alınıb. SİA xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 220 447-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 10 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 301-ə yüksəlib. Koronavirusa yoluxan 207 464 nəfər sağalıb. Hazırda 7 267 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə