Kolumbiyada 4,3 bal gücündə zəlzələ qeydə alınıb

Kolumbiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:55-də Los Santos bələdiyyəsində (Santander Mərkəzi Departamenti) baş verib. Təkanların ocağı 154 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə