Böyük Britaniyada son sutka ərzində 11 nəfər koronavirusdan həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 2657 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 444 631 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 11 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 651 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə