Gürcüstanın dövlət naziri ölkənin müsəlman icmasını təbrik edib

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani ölkənin müsəlman icmasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
SİA xəbər verir ki, nazirin təbrik məktubunda Ramazan bayramının məziyyətlərindən söz açılır, bu bayramın bolluq, əmin-amanlıq, eyni zamanda ruhun təmizlənməsi bayramı olduğu qeyd edilir.
Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan nazir, ölkədəki müsəlman icmasının vətəndaş bərabərliyinin təmin olunmasına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə